Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının (AGTL) nümayəndələri Paşa Sığorta şirkəti ilə görüş keçiriblər.
Görüş zamanı logistika və gömrük təmsilçiliyi sahəsində fəaliyyət göstərən şirkətlərin sığorta təminatı, risklərin idarə olunması və bu sahədə mövcud imkanlar müzakirə edilib. Tərəflər logistika sektorunda sığorta mexanizmlərinin təkmilləşdirilməsi, daşımalar zamanı yaranan risklərin minimuma endirilməsi və müştəri məmnunluğunun artırılması ilə bağlı fikir mübadiləsi aparıblar.
Görüş çərçivəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin logistika sektorunun dayanıqlı inkişafına töhfə verəcəyi vurğulanıb.Tərəflər gələcəkdə birgə təşəbbüslərin və əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd ediblər.


#AGTL #gömrük #logistics #customs

