AGTL və GS1 Azərbaycan arasında ikitərəfli görüş keçirilib

AGTL və GS1 Azərbaycan arasında ikitərəfli görüş keçirilib

AGTL və GS1 Azərbaycan arasında ikitərəfli görüş keçirilib

Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) ilə “Qlobal Standart 1 Beynəlxalq Sisteminin Təbliği” İctimai Birliyi (GS1 Azərbaycan) arasında ikitərəfli görüş keçirilib.

Görüşdə GS1 Azərbaycan tərəfindən beynəlxalq GS1 standartları, əmtəələrin identifikasiyası və ştrixkodlaşdırma sistemi ilə bağlı təqdimat edilib. Təqdimat zamanı GS1 sisteminin yerli istehsalçı və logistika şirkətləri üçün yaratdığı imkanlar, məhsul və xidmətlərin beynəlxalq bazarlarda tanınması və izlənə bilməsi məsələləri müzakirə olunub.

Tərəflər logistika və gömrük sahəsində GS1 standartlarının tətbiqinin əhəmiyyətini vurğulayıb, qarşılıqlı əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Görüşün sahələrarası koordinasiyanın gücləndirilməsinə və beynəlxalq standartların ölkədə daha geniş tətbiqinə töhfə verəcəyi qeyd olunub.

 

#AGTL #GS1 #gömrük #logistics #customs