Hasan Broker MMC-nin AGTL-ə üzvlük müraciəti müzakirə olunub

Hasan Broker MMC-nin AGTL-ə üzvlük müraciəti müzakirə olunub

Hasan Broker MMC-nin AGTL-ə üzvlük müraciəti müzakirə olunub

Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyasında (AGTL) Hasan Broker MMC-nin assosiasiyaya üzvlük müraciəti ilə bağlı görüş baş tutub.

Görüş çərçivəsində şirkətin gömrük təmsilçiliyi sahəsində fəaliyyəti, təqdim etdiyi xidmətlər və assosiasiyanın fəaliyyətinə verə biləcəyi töhfələr barədə fikir mübadiləsi aparılıb.

Müraciətin AGTL-in mövcud qaydalarına uyğun şəkildə nəzərdən keçirilməsi və müvafiq prosedurlar çərçivəsində dəyərləndirilməsi qərara alınıb.

#AGTL #gömrük #logistics #customs