Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyasının (AGTL) təşkilatçılığı, MG Transport MMC-nin sponsorluğu və WILAT Global-ın tərəfdaşlığı ilə logistika və gömrük sektorunun nümayəndələrini bir araya gətirən iftar məclisi təşkil olunub.
Tədbirdə AGTL rəhbərliyi, assosiasiyanın komitə sədrləri, logistika və gömrük sahəsində fəaliyyət göstərən şirkət nümayəndələri, eləcə də müxtəlif dövlət qurumlarından rəhbər şəxslər iştirak ediblər.Çıxış edən natiqlər ölkədə logistika sektorunun inkişaf perspektivləri, dövlət–özəl sektor əməkdaşlığının gücləndirilməsi, beynəlxalq ticarət və nəqliyyat sahəsində mövcud imkanlar barədə fikirlərini bölüşüblər.
Səmimi mühitdə keçirilən iftar məclisi sektor nümayəndələri arasında əlaqələrin möhkəmləndirilməsinə, əməkdaşlıq imkanlarının genişləndirilməsinə və peşəkar şəbəkələşmənin inkişafına töhfə verib.







