Total Express Logistics and Brokers Services MMC AGTL-in üzvləri sırasına qoşulub

Total Express Logistics and Brokers Services MMC AGTL-in üzvləri sırasına qoşulub

Total Express Logistics and Brokers Services MMC AGTL-in üzvləri sırasına qoşulub

Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasına (AGTL) yeni üzv qəbul olunub.

Gömrük təmsilçiliyi və logistika sahəsində fəaliyyət göstərən "Total Express Logistics and Brokers Services MMC" Assosiasiyaya üzvlüyə qəbul edilib. Bu münasibətlə şirkətə AGTL-nin üzvlük sertifikatı təqdim olunub.

Üzvlük çərçivəsində şirkətin Assosiasiyanın fəaliyyətində iştirakı, gömrük və logistika sektorunda fəaliyyət göstərən digər üzvlərlə əməkdaşlığının genişləndirilməsi, eləcə də sahə üzrə ümumi təşəbbüslərdə iştirak imkanlarının artırılması nəzərdə tutulur.

AGTL gömrük təmsilçiliyi və logistika sahəsində fəaliyyət göstərən şirkətlər arasında əməkdaşlığın gücləndirilməsi, üzvlərin maraqlarının təmsil olunması və sektorun inkişafına töhfə verilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Assosiasiya olaraq yeni üzvümüzə fəaliyyətində uğurlar arzulayır, əməkdaşlığımızın qarşılıqlı faydalı olacağına inanırıq.