AGTL üzvlük müraciəti etmiş KOB-larla görüşləri davam etdirir

AGTL üzvlük müraciəti etmiş KOB-larla görüşləri davam etdirir

AGTL üzvlük müraciəti etmiş KOB-larla görüşləri davam etdirir

Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) üzvlük müraciəti üzrə gömrük və logistika sektorunun KOB-ları ilə görüşləri davam etdirir.

Bu çərçivədə növbəti görüş ZZ Customs and Logistics MMC ilə  keçirilib.

Görüş zamanı şirkətin fəaliyyət istiqamətləri, gömrük və logistika sahəsində təqdim etdiyi xidmətlər, eləcə də KOB subyekti kimi fəaliyyəti ilə tanışlıq olub. Eyni zamanda, üzvlük müraciəti dəyərləndirilib, Assosiasiyanın fəaliyyət istiqamətləri və üzvlər arasında əməkdaşlıq imkanları müzakirə edilib.