AGTL ilə Smart Logi -Trans MMC arasında üzvlük müraciəti üzrə görüş keçirilib

AGTL ilə Smart Logi -Trans MMC arasında üzvlük müraciəti üzrə görüş keçirilib

AGTL ilə Smart Logi -Trans MMC arasında üzvlük müraciəti üzrə görüş keçirilib

Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin  Assosiasiyası (AGTL) gömrük və logistika sektorunda fəaliyyət göstərən şirkətlərlə əməkdaşlığın genişləndirilməsi istiqamətində üzvlük üzrə müraciətləri qəbul edir.

Bu çərçivədə Smart Logi -Trans MMC ilə üzvlük müraciəti üzrə görüş keçirilib.

Görüş zamanı şirkətin fəaliyyət istiqamətləri və təqdim etdiyi xidmətlərlə tanışlıq olub, logistika sektorunda mövcud imkanlar və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 Eyni zamanda, AGTL-in fəaliyyət istiqamətləri, üzvlərə təqdim olunan əməkdaşlıq imkanları və Assosiasiyanın sektoral təşəbbüsləri barədə məlumat verilib.