Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) üzvlük müraciəti etmiş gömrük və logistika şirkətləri ilə görüşləri davam etdirir.
Bu çərçivədə 28 oktyabr 2026-cı il tarixində logistika sektorunun aparıcı şirkətlərindən biri olan - SLV Solutions MMC ilə görüş keçirilib.
Görüş zamanı şirkətin logistika sahəsində fəaliyyəti, təqdim etdiyi xidmətlər və inkişaf istiqamətləri barədə məlumat əldə olunub. Həmçinin şirkətin üzvlük müraciəti, AGTL-nin fəaliyyət istiqamətləri və Assosiasiya çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib.
Görüşdə logistika sektorunda əməkdaşlığın genişləndirilməsi, biznes əlaqələrinin gücləndirilməsi və sahənin inkişafına yönəlmiş təşəbbüslərin əhəmiyyəti vurğulanıb.





