AGTL “İş mühitinin yaratdığı psixoloji gərginlik” mövzusunda  seminar təşkil edib

AGTL “İş mühitinin yaratdığı psixoloji gərginlik” mövzusunda  seminar təşkil edib

AGTL “İş mühitinin yaratdığı psixoloji gərginlik” mövzusunda  seminar təşkil edib

9 oktyabr 2025-ci il tarixində Bakı KOB Evində Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) əməkdaşların iş mühitində qarşılaşdığı psixoloji gərginliklər və onların aradan qaldırılması yollarına həsr olunmuş ödənişsiz seminar təşkil edib.

Seminarın təlimçisi, psixoloq Dünya Nəbiyeva iştirakçılara stressin idarə olunması, emosional dayanıqlığın gücləndirilməsi və iş yerində effektiv ünsiyyətin qurulması mövzularında praktik biliklər təqdim edib.

Tədbirin əsas məqsədi logistika və gömrük sahəsində çalışan mütəxəssislərin psixoloji rifahını gücləndirmək, sağlam iş mühitinin formalaşdırılmasına dəstək göstərmək və kollektiv məhsuldarlığını artırmaqdan ibarətdir.

AGTL bu kimi tədbirlərin davamlı olaraq keçirilməsini, üzv şirkətlərin əməkdaşları üçün şəxsi inkişaf və peşəkar təlim imkanlarının genişləndirilməsini planlaşdırır.