AGTL və Shakh Trans Logistics MMC arasında üzvlük müraciəti üzrə görüş keçirilib

AGTL və Shakh Trans Logistics MMC arasında üzvlük müraciəti üzrə görüş keçirilib

AGTL və Shakh Trans Logistics MMC arasında üzvlük müraciəti üzrə görüş keçirilib

28 sentyabr 2026-cı il tarixində Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) ilə logistika və yükdaşıma sahəsində fəaliyyət göstərən Shakh Trans Logistics MMC arasında üzvlük müraciəti üzrə görüş keçirilib.

Görüş zamanı logistika sektorunda mövcud vəziyyət, daşımaların təşkili, sektor iştirakçılarının qarşılaşdığı aktual məsələlər və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin tərəflər arasında əməkdaşlığın mümkün istiqamətləri, təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi, eləcə də Shakh Trans Logistics MMC-nin AGTL çərçivəsində fəaliyyət imkanları müzakirə olunub.

AGTL logistika sektorunda fəaliyyət göstərən şirkətlərlə peşəkar əməkdaşlığın genişləndirilməsini və sektorun inkişafına yönəlmiş təşəbbüslərin dəstəklənməsini davam etdirir.