LOGISTECH 2026 sərgisinin ikinci günü keçirilir

LOGISTECH 2026 sərgisinin ikinci günü keçirilir

LOGISTECH 2026 sərgisinin ikinci günü keçirilir

Türkiyənin İzmir şəhərində keçirilən 5-ci Beynəlxalq Logistika, Anbar və Texnologiyalar Sərgisinin (LOGISTECH 2026) ikinci günü davam edir.

Fuarizmir Sərgi Mərkəzində təşkil olunan tədbirdə Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) və onun üzvü olan şirkətlər iştirak edir.

Günün əsas proqramında logistika və yükdaşıma sektorunun nümayəndələri ilə görüşlər, işgüzar müzakirələr və B2B danışıqlar yer alır. Görüşlər zamanı yeni tərəfdaşlıqların qurulması, birgə layihələrin həyata keçirilməsi və Azərbaycan-Türkiyə logistika əlaqələrinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılır.

LOGISTECH 2026-da AGTL və üzv şirkətlərin iştirakı Azərbaycanın logistika imkanlarının beynəlxalq platformada təqdim olunmasına və yeni əməkdaşlıq əlaqələrinin qurulmasına imkan yaradır.