AGTL-in təşkilatçılığı ilə LOGISTECH 2026-da Zəngəzur dəhlizinin gələcəyi müzakirə olunub

AGTL-in təşkilatçılığı ilə LOGISTECH 2026-da Zəngəzur dəhlizinin gələcəyi müzakirə olunub

AGTL-in təşkilatçılığı ilə LOGISTECH 2026-da Zəngəzur dəhlizinin gələcəyi müzakirə olunub

Türkiyənin İzmir şəhərində keçirilən 5-ci Beynəlxalq Logistika, Anbar və Texnologiyalar Sərgisinin (LOGISTECH 2026) ikinci günündə Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının (AGTL) təşkilatçılığı ilə “Zəngəzur dəhlizi: Türk dövlətləri arasında nəqliyyat dəhlizlərinin gələcəyi” mövzusunda panel müzakirəsi keçirilib.

Paneldə TÜİB-in Logistika və Nəqliyyat Komitəsinin sədri, UTİKAD və LojiDer-in İdarə Heyətinin üzvləri, AGTL-in İdarə Heyətinin üzvü və WILAT Azerbaijan-ın sədri, həmçinin Ege Universitetinin Logistika İdarəetməsi üzrə nümayəndəsi iştirak ediblər.

Müzakirələr zamanı Zəngəzur dəhlizinin perspektivləri, türk dövlətləri arasında nəqliyyat əlaqələrinin genişləndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi, rəqəmsallaşma və regional logistika imkanlarının inkişafı məsələləri diqqət mərkəzində olub.

Tədbir çərçivəsində Azərbaycan və Türkiyə arasında logistika əməkdaşlığının gücləndirilməsi, yeni nəqliyyat marşrutlarının inkişafı və beynəlxalq yükdaşımaların səmərəliliyinin artırılması istiqamətində fikir mübadiləsi aparılıb.