16 oktyabr tarixində Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının (AGTL) təşkilatçılığı, “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin tərəfdaşlığı ilə “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin sertifikasiyası” mövzusunda məlumatlandırma görüşü keçirilib.
Görüşdə ölkənin aparıcı ticarət şəbəkələrinin, o cümlədən “Grandmart”, “Bravo”, “Araz Market”, “Bazarstore”, “Tamstore”, “Neptun”, “Rahat market”, “Almarket” , “OBA market”, “MARS OVERSEAS MMC” və Baku Elektronics şəbəkələrinin nümayəndələri iştirak ediblər.
Tədbirin əsas məqsədi ticarət və logistika sahəsində fəaliyyət göstərən şirkət nümayəndələrini sürücülərin sertifikasiyası prosesi barədə məlumatlandırmaq, bu istiqamətdə qarşıda duran vəzifələr üzrə fikir mübadiləsi aparmaq və sektor nümayəndələri arasında əməkdaşlıq imkanlarını genişləndirməkdən ibarət olub.
Görüş zamanı iştirakçılar sürücülərin sertifikasiyası ilə bağlı tətbiq olunacaq qaydaları, sahədə mövcud olan aktual məsələləri və yeni tələblər barədə müzakirə ediblər. Ticarət şəbəkələri ilə yanaşı, logistika və nəqliyyat sektorunda fəaliyyət göstərən şirkətlərin nümayəndələrinin praktiki təcrübələrini bölüşməsi tədbirə xüsusi əhəmiyyət qazandırıb.
.jpg)
.jpg)
















