“IKRA Logistika” MMC-nin AGTL-yə üzvlüyü müzakirə olunub

“IKRA Logistika” MMC-nin AGTL-yə üzvlüyü müzakirə olunub

“IKRA Logistika” MMC-nin AGTL-yə üzvlüyü müzakirə olunub

 

Avqustun 5-də Bakı KOB Evində Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının (“AGTL”) əməkdaşlıq imkanları ilə bağlı daha bir maraqlı görüşü baş tutub. Bu dəfə Assosiasiyanın qonağı “IKRA Logistika” MMC olub.

Görüşdə tərəflər şirkətin Assosiasiyaya üzvlük niyyətini müzakirə edib, qarşılıqlı əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

AGTL tərəfindən Assosiasiyanın fəaliyyəti, yaradılma məqsədi və üzvlük imkanları barədə ətraflı məlumat verilib. Bildirilib ki, Assosiasiya gömrük və logistika sahəsində fəaliyyət göstərən şirkətləri bir platformada birləşdirərək bilik və təcrübə mübadiləsini təşviq edir.

“IKRA Logistika” MMC nümayəndələri şirkətin gündəlik fəaliyyəti, xidmət sahələri və qarşıya qoyduğu hədəflər barədə danışıb, regional və beynəlxalq daşımalar sahəsində reallaşdırdıqları layihələrdən söz açıblar.

Görüş səmimi, açıq fikir mübadiləsi şəraitində keçib. Hər iki tərəf qarşılıqlı əməkdaşlıq üçün möhkəm zəminin olduğunu vurğulanıb.