Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (“AGTL”) üzvlərinin sırasını genişləndirməyə davam edir. Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (“AGTL”) üzvlərinin sırasını genişləndirməyə davam edir. Avqustun 14-də Assosiasiyaya “166 Yükdaşıma və Logistika” şirkəti qoşulub.
“166 Yükdaşıma və Logistika” MMC 2012-ci ildən fəaliyyət göstərir və bu müddət ərzində Azərbaycanda və beynəlxalq arenada etibarlı yükdaşıma və logistika şirkəti kimi tanınmışdır. 10 ildən artıq təcrübəyə malik olan şirkət müxtəlif sahələrdə geniş və kompleks xidmətlər təqdim edir:
yükdaşıma və logistika, təmizlik, xalça yuma, bağbanlıq və sanitariya, anbar xidməti, 3PL, usta, transport və 166 Tech xidmətləri.
Əsas xidmət sahələri
Yükdaşıma və logistika: Ölkədaxili və beynəlxalq daşımalar. Geniş avtopark, 7/24 xidmət, yüklərin sığortalanması və real vaxtda izlənməsi imkanı.
Logistika xidməti: İdxal və ixrac əməliyyatları, multimodal daşımalar (quru, dəmir, dəniz, hava), gömrük rəsmiləşdirilməsi və izləmə sistemləri ilə tam logistika həlləri.
Təmizlik xidməti: Yaşayış və iş yerlərində ümumi, kimyəvi və antibakterial təmizlik, təmir sonrası xidmətlər, alpinistlərlə yüksək nöqtələrin təmizlənməsi və fərqli təmizlik paketləri.
Usta xidməti: Elektrik, santexnika, istilik-soyutma sistemləri, mebel quraşdırılması və məişət texnikasına texniki xidmət.
Bağbanlıq və sanitariya: Bitki əkini, budama, yaşıllaşdırma və abadlaşdırma işləri, dezinfeksiya, dezinseksiya, deratizasiya və sanitariya monitorinqi.
Transport: Şəhərdaxili və ölkədaxili sərnişin daşımaları, fərdi və korporativ transferlər, sürücülü avtomobil icarəsi və turizm turları.
166 Tech: 2023-cü ildən fəaliyyət göstərən bu bölmə veb saytların hazırlanması, ERP sistemləri, mobil tətbiqlər və digər rəqəmsal həllər üzrə xidmətlər təqdim edir. Peşəkar komanda, innovativ yanaşma və müştəri məmnuniyyəti bu sahədə əsas prioritetlərdəndir.
“166 Yükdaşıma və Logistika” MMC -nin fəaliyyəti yalnız Azərbaycanla məhdudlaşmır. Şirkət eyni zamanda Özbəkistan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri (Dubay), Çin, Polşa, Rumıniya və Gürcüstan* kimi ölkələrdə də xidmət göstərir.