“166 Yükdaşıma və Logistika” şirkətinin Assosiasiyaya üzvlüyü müzakirə olunub

“166 Yükdaşıma və Logistika” şirkətinin Assosiasiyaya üzvlüyü müzakirə olunub

“166 Yükdaşıma və Logistika” şirkətinin Assosiasiyaya üzvlüyü müzakirə olunub

5 avqust 2025-ci il tarixində Bakı KOB Evində Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası və “166 Yükdaşıma və Logistika” şirkətinin nümayəndələri arasında üzvlük müraciəti üzrə görüş keçirilib. Görüşün məqsədi şirkətin Assosiasiyaya üzvlük niyyətinin dəyərləndirilməsi və tərəfdaşlıq imkanlarının müzakirəsi olub.

Görüş zamanı Assosiasiyanın fəaliyyəti, məqsəd və vəzifələri, üzvlük prosedurları haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, Assosiasiya gömrük və logistika sahəsində fəaliyyət göstərən şirkətləri bir araya gətirərək sektorun inkişafına və təcrübə mübadiləsinə dəstək verir.

Görüşdə “166 Yükdaşıma və Logistika”  şirkətindən "Satış departamenti" və "Marketinq departamenti"-nin  rəhbərləri iştirak ediblər. Nümayəndələr şirkətin fəaliyyət istiqamətləri, göstərilən xidmətlər və gələcək planları barədə təqdimatla çıxış ediblər.

Tərəflər arasında Assosiasiyaya üzvlük prosesi, qarşılıqlı fəaliyyət və gələcək əməkdaşlıq perspektivləri üzrə geniş fikir mübadiləsi aparılıb.