07.06.2025-ci il tarixində Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının rəhbərliyi üzvü olan Heritus Logistics MMC-nin ofisinə tanışlıq səfəri həyata keçirib.
Görüş zamanı şirkətin fəaliyyəti, gördüyü işlər və heyəti ilə yaxından tanışlıq olub, logistika sektorunda həyata keçirilən mövcud yeniliklər, sahibkarın qarşılaşdığı problemlərə toxunulub. Sonda Assosiasiya və Heritus Logistics MMC arasında qarşılıqlı və səmərəli əməkdaşlığa dair təkliflər müzakirə olunub.
Heritus Logistics MMC 2019-cu ildə təsis olunub və bu günə qədər daxili və beynəlxalq yükdaşıma, anbar xidmətləri, gömrük rəsmiləşdirilməsi, eləcə də logistika sahəsində konsaltinq üzrə fəaliyyət göstərir. Şirkət hazırda 84 nəfərlik peşəkar komanda ilə fəaliyyətini davam etdirir və 6000-dən çox yerli və xarici müştəriyə etibarlı logistika xidməti təqdim edib.
#AGTL #Logistika #gömrük #sahibkar