08.06.2025-ci il tarixində üzvümüz Uniser Group MMC-nin ofisini ziyarət etdik.
Görüş zamanı Assosiasiya rəhbərliyi şirkətin fəaliyyəti, həyata keçirdiyi layihələr və komandası ilə yaxından tanış olub. Bundan əlavə görüşdə logistika sektorunda, xüsusilə dəmiryol daşımaları üzrə həyata keçirilən rəqəmsal yeniliklər və sahibkarın üzləşdiyi çətinliklər kimi mövzulara toxunulub. Görüşün sonunda Assosiasiya və "Uniser Group" MMC arasında gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
Uniser Group MMC 2015-ci ildən etibarən təsis olunub və həm özəl, həm dövlət sektorunda informasiya texnologiyaları, biznes proseslərin avtomatlaşdırılması və rəqəmsallaşdırma sahələrində innovativ həllər təqdim etməklə yanaşı İT Təhsil, Tədrisin idarəedilməsi və sertifikasiyası, eləcə də Nəqliyyat, Logistika və Təchizat zəncirinin avtomatlaşdırılması sahələrində də davamlı təkmilləşən məhsul və xidmətlər göstərməkdədir. Şirkət hazırda 34 nəfərlik peşəkar komanda ilə fəaliyyətini davam etdirir. 10 ildən artıq müddət ərzində 60-a yaxın mütəxəssis komanda ilə 25-dən artıq ölkəmiqyaslı və qlobal layihə icra etməklə 30-a yaxın partnyora xidmət göstərməkdə davam edirik.
#AGTL #logistika #daşıma #İT #əməkdaşlıq