Dövlət Gömrük Komitəsinin rəsmiləri və Assosiasiya üzvlərinin iştirakı ilə görüş keçirilib

Dövlət Gömrük Komitəsinin rəsmiləri və Assosiasiya üzvlərinin iştirakı ilə görüş keçirilib

Dövlət Gömrük Komitəsinin rəsmiləri və Assosiasiya üzvlərinin iştirakı ilə görüş keçirilib

21.06.2025-ci il tarixində Bakı KOB Evində Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının və Foodcity Agrocomplex MMC-nin təşkilatçılığı, Dövlət Gömrük Komitəsinin rəsmiləri və Assosiasiya üzvlərinin iştirakı ilə B2B, G2B formatda görüş keçirilmişdir.


 Görüş zamanı Assosiasiya sədri Vüsal Qasımov açılış nitqi edərək Assosiasiyasının son zamanlarda gördüyü işlər, layihələr haqda məlumat vermişdir. Həmçinin Dövlət Gömrük Komitəsinin rəsmiləri sahibkarlara onların fəaliyyətinin asanlaşdırılması və optimallaşdırılması üçün yaradılan yeni rəqəmsal layihələr, platformalar və yeniliklər haqda məlumat vermişdir.
Bundan başqa görüşün sonunda AGTL-in üzvü olan və "Səlahiyyətli İqtisadi Operator" statusu almış "Foodcity Agrocomplex MMC-nin gömrük şöbəsinin müdiri Anar Məmmədov  çıxış edərək Foodcity Agrocomplex MMC haqqında məlumat vermiş və Assosiasiya üzvləri ilə qarşılıqlı əməkdaşlığa açıq olduqlarını bildirmişdir.
Görüş sonda B2B, G2B formatda müzakirələrlə başa çatmışdır.