Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasına (AGTL) Caspian PS MMC tərəfindən üzvlük müraciəti təqdim olunub. Görüş zamanı şirkətin gömrük təmsilçiliyi sahəsində fəaliyyəti və göstərdiyi xidmətlər barədə məlumat verilib.
Tərəflər gömrük prosedurlarının təkmilləşdirilməsi, peşəkar bilik və təcrübə mübadiləsi, eləcə də sektorun inkişafına yönəlmiş təşəbbüslər barədə fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, Assosiasiya çərçivəsində əməkdaşlıq sahənin institusional inkişafına töhfə verə bilər.


#AGTL #gömrük #logistics #customs

