AGTL və Fayda Qrupun təşkilatçılığı, Caspian AS MMC-nin sponsorluğu ilə iftar məclisi keçirilib

AGTL və Fayda Qrupun təşkilatçılığı, Caspian AS MMC-nin sponsorluğu ilə iftar məclisi keçirilib

AGTL və Fayda Qrupun təşkilatçılığı, Caspian AS MMC-nin sponsorluğu ilə iftar məclisi keçirilib

Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) və Fayda Qrupun birgə təşkilatçılığı, Caspian AS MMC-nin sponsorluğu ilə iftar məclisi baş tutub.

Tədbirdə Assosiasiyanın üzvləri, tərəfdaş şirkətlərin nümayəndələri və sektor təmsilçiləri iştirak ediblər. Çıxışlarda Ramazan ayının mənəvi dəyərləri, birlik və həmrəyliyin əhəmiyyəti vurğulanıb, işgüzar mühitdə qarşılıqlı dəstək və əməkdaşlığın gücləndirilməsinin önəmi qeyd olunub.

İftar məclisi çərçivəsində iştirakçılar arasında fikir mübadiləsi aparılıb, yeni əməkdaşlıq imkanları müzakirə olunub. Bildirilib ki, bu cür tədbirlər Assosiasiya üzvləri arasında əlaqələrin möhkəmlənməsinə və sektor daxilində həmrəyliyin daha da güclənməsinə töhfə verir.