AGTL ilə Azin Logistika MMC arasında üzvlük müraciəti üzrə görüş keçirilib. Görüşdə şirkətin həm gömrük təmsilçiliyi, həm də logistika sahəsində fəaliyyəti və təqdim etdiyi kompleks xidmətlər barədə məlumat verilib.
Müzakirələr zamanı Assosiasiya çərçivəsində əməkdaşlığın genişləndirilməsi, birgə təşəbbüslərin həyata keçirilməsi və sektor üzrə aktual məsələlərin birgə həlli imkanları diqqət mərkəzində olub. Tərəflər gələcək əməkdaşlıq perspektivlərinin müsbət qiymətləndirildiyini bildiriblər.


#AGTL #gömrük #logistics #customs

