GSM Express MMC Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasına üzvlük üçün müraciət edib.
Azərbaycanda logistika və beynəlxalq yükdaşıma sahəsində fəaliyyət göstərən şirkət dünya ölkələri ilə freight forwarding və nəqliyyat xidmətləri təqdim edir. GSM Express MMC etibarlı və sürətli daşımalarla yanaşı, müasir logistika həlləri ilə tanınır.
Şirkət assosiasiyaya üzvlüyün ölkədə logistika sektorunun inkişafına, peşəkar əməkdaşlığın genişlənməsinə və sahə üzrə təcrübə mübadiləsinə töhfə verəcəyini bildirib.


#AGTL #gömrük #logistics #customs

