Yanvarın 22-də Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyasının təşkilatçılığı ilə Bakı KOB Evində “Brendin hüquqi qorunma strategiyası: şirkətin ad və loqo hüquqları necə qorunmalıdır?” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbir Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının (AGTL) təşkilatçılığı, İnkişaf Korporasiyası QSC və EGA Finance MMC-nin tərəfdaşlığı ilə baş tutub.
Görüşdə brend anlayışı, şirkət adının və loqonun hüquqi qorunması, bu sahədə mövcud risklər, həmçinin hüquqi mexanizmlər və praktiki yanaşmalar barədə iştirakçılara ətraflı məlumat verilib. Çıxış edənlər brend hüquqlarının qorunmasının biznesin davamlı inkişafı baxımından əhəmiyyətini vurğulayıblar.
Tədbirin əsas məqsədi sahibkarların əqli mülkiyyət və brend hüquqları sahəsində məlumatlılığının artırılması, eləcə də onların hüquqi biliklərinin gücləndirilməsi olub.
Tədbir interaktiv müzakirələrlə davam edib, iştirakçıların sualları EGA Finance MMC-nin əməkdaşları tərəfindən cavablandırılıb.






#AGTL #gömrük #logistics #customs

