İctimaiyyətlə əlaqələr və kommunikasiya sahəsində fəaliyyət göstərən GPR MMC Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasına (AGTL) üzvlük üçün müraciət edib.
Müraciətin məqsədi GPR MMC-nin kommunikasiya və PR sahəsində institusional əməkdaşlığını genişləndirmək, Assosiasiya üzvləri ilə effektiv kommunikasiya strategiyaları qurmaq və birgə layihələrin həyata keçirilməsi üçün yeni imkanlar yaratmaqdır.
Qeyd olunub ki, 20 ildən artıq təcrübəyə malik GPR MMC PR, marketinq və kommunikasiya sahələrində peşəkar xidmətlər göstərir.


#AGTL #gömrük #logistics #customs

