AGTL-in təşkilatçılığı və Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) iştirakı ilə Bakı KOB Evində mühazirə tipli görüş keçirilib
Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyasının (AGTL) təşkilatçılığı və Dövlət Gömrük Komitəsinin Akademiyasının iştirakı ilə Bakı KOB Evində “Sahibkarlıq şəraitində müəssisələrin fəaliyyəti və KOB-ların inkişafı” mövzusunda mühazirə tipli görüş baş tutub.
Görüş zamanı tələbələrə Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyasının fəaliyyəti, KOB Gömrük Postunun xidmətləri və KOB Evlərinin imkanları barədə məlumat verilib.Həmçinin tədbir çərçivəsində iştirakçılar KOB Gömrük Postu və KOB Gömrük Anbarı ilə praktiki şəkildə tanış olublar.
AGTL və DGKA arasında 2023-cü ildən etibarən imzalanmış memorandum əsasında bu tip görüşlərin tərəflər arasında əməkdaşlığın gücləndirilməsinə və kadr potensialının inkişafına töhfə verəcəyi vurğulanıb.




#AGTL #DGKA #KOBevi #gömrük #logistics #customs

