“Global Logistics” MMC Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasına (AGTL) üzvlüklə bağlı müraciət edib.
Assosiasiyada keçirilən görüş zamanı şirkətin logistika sahəsində fəaliyyəti, həyata keçirdiyi əməliyyatlar və bazardakı mövqeyi barədə məlumat təqdim olunub.
Görüş çərçivəsində AGTL ilə mümkün əməkdaşlıq istiqamətləri, birgə layihələrin icrası və sektorun inkişafına xidmət edən təşəbbüslər müzakirə edilib.
Tərəflər gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıblar.


#AGTL #gömrük #logistics #customs

