“SARR Logistics” MMC Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasına (AGTL) üzv qəbul edilib. Şirkətin logistika sahəsində fəaliyyəti, peşəkar təcrübəsi və bazardakı mövqeyi nəzərə alınıb.
Qeyd olunub ki, yeni üzvlərin assosiasiyaya qoşulması sektor daxilində əməkdaşlığın genişlənməsinə, xidmət keyfiyyətinin artırılmasına və beynəlxalq təcrübənin tətbiqinə töhfə verir.
“SARR Logistics” MMC-nin AGTL-yə üzvlüyünün gələcəkdə birgə təşəbbüslərin həyata keçirilməsinə və logistika sahəsinin inkişafına müsbət təsir göstərəcəyi vurğulanıb.

#AGTL #gömrük #logistics #customs

