AGTL-in üzvü "166 Global" Latın Amerikanın ən nüfuzlu logistika platformalarından biri olan "Intermodal South America 2026" sərgisində Azərbaycanı təmsil edən ilk şirkət kimi tarixi addım atıb.
San-Paulo şəhərində keçirilən tədbirdə şirkət nümayəndə heyəti — Aqil Zeynalov, Nurlan İmamquliyev və Victor Wu — yüzlərlə xarici şirkətlə işgüzar görüşlər keçirib, yeni tərəfdaşlıq imkanlarını müzakirə edib.
AGTL üzvlərinin beynəlxalq arenada bu səviyyəli təmsilçiliyi Assosiasiya üçün qürur mənbəyi olmaqla yanaşı, Azərbaycan logistika sektorunun qlobal inteqrasiyasına əhəmiyyətli töhfə kimi dəyərləndirilir.



