Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının (AGTL) sıralarına Alpex Group MMC də qoşulub.
Qeyd olunub ki, şirkətin Assosiasiyaya üzvlüyü gömrük təmsilçiliyi və logistika sahəsində əməkdaşlığın genişlənməsinə və regionlararası əlaqələrin möhkəmləndirilməsinə töhfə verəcək.
Bildirilib ki, AGTL çərçivəsində yaradılan platforma üzv şirkətlər üçün təcrübə mübadiləsi və yeni tərəfdaşlıqlar baxımından mühüm imkanlar yaradır.

#AGTL #gömrük #logistics #customs

