Logistika xidmətləri sahəsində fəaliyyət göstərən Formag-Baku MMC Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasına (AGTL) üzv qəbul edilib.
Məlumata görə, Assosiasiyaya qoşulma şirkətin logistika sektorunda institusional mövqeyinin güclənməsinə, tərəfdaşlıq şəbəkəsinin genişlənməsinə və əməliyyat proseslərində müasir yanaşmaların tətbiqinə əlavə imkanlar yaradacaq. Qeyd olunub ki, AGTL platformasında əməkdaşlıq Formag-Baku MMC-nin sektorun davamlı inkişafına töhfə verməsinə və peşəkar dialoq mühitində fəal iştirakına şərait yaradacaq.
#AGTL #gömrük #logistics #customs

