Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının (AGTL) rəhbərliyi və üzvləri Heritus Logistics MMC-nin ofisini ziyarət edərək şirkət və komandası ilə yaxından tanış olublar. Ziyarət zamanı Heritus Group MMC-nin həyata keçirdiyi layihələr, beynəlxalq və daxili daşımalar sahəsində fəaliyyəti barədə ətraflı məlumat verilib.
Eyni zamanda, logistika və gömrük sahəsində mövcud vəziyyət, qarşıya çıxan çətinliklər, rəqəmsal həllər və sahənin perspektivləri geniş müzakirə olunub. Görüşdə Assosiasiya ilə Heritus Group MMC arasında qarşılıqlı əməkdaşlıq imkanları və birgə təşəbbüslərin həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Heritus Group MMC logistika və yükdaşıma sahəsində etibarlı, peşəkar və innovativ xidmətlər təqdim edən aparıcı şirkət kimi fəaliyyət göstərir və şirkətin təsisçisi eyni zamanda 2025-ci ildən bəri AGTL-in Logistika Komitəsinin sədri olaraq logistika sektorunun inkişafına dəstək göstərir.





