15.07.2025-ci il tarixində üzvümüz Caspian AS MMC-nin ofisini ziyarət etdik.
Görüş zamanı Assosiasiya rəhbərliyi şirkətin fəaliyyəti, həyata keçirdiyi layihələr və komandası ilə yaxından tanış olub. Bundan əlavə görüşdə gömrük təmsilçiliyi sektorunda həyata keçirilən rəqəmsal yeniliklər və sahibkarın üzləşdiyi çətinliklər kimi mövzulara toxunulub. Görüşün sonunda Assosiasiya və "Caspian AS" MMC arasında gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
"CASPİAN AS" MMC, beynəlxalq yükdaşıma və gömrük-brokerlik sahəsində etibarlı və çevik həllər təqdim edən peşəkar şirkətdir.
2019-cu ildən fəaliyyət göstərən bu şirkət, Avropa, MDB və Asiya ölkələri ilə Azərbaycan arasında ixrac və idxal proseslərini operativ şəkildə həyata keçirir.
O, avtomobil nəqliyyatı ilə tam və qismən (FTL/LTL) yüklərin, eləcə də qeyri-standart və çoxölçülü yüklərin daşınması üzrə ixtisaslaşıb.
"CASPİAN AS" MMC, yüklərin təhlükəsiz, vaxtında və problemsiz şəkildə təyinat nöqtəsinə çatdırılmasına tam zəmanət verir.