Logistika və beynəlxalq yükdaşıma sahəsində fəaliyyət göstərən Cardinal Group Logistics Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasına (AGTL) üzvlük üçün müraciət edib.
Müraciətdə assosiasiyaya üzvlüyün logistika və gömrük sahəsində əməkdaşlığın genişlənməsinə, peşəkar təcrübə mübadiləsinin gücləndirilməsinə və sektorun beynəlxalq standartlara uyğun inkişafına töhfə verəcəyi vurğulanıb. Şirkət AGTL ilə sıx əməkdaşlıqda maraqlı olduğunu bildirib.


#AGTL #gömrük #logistics #customs

