Bakıda KOB gömrük anbarı yaradılıb

Bakıda KOB gömrük anbarı yaradılıb

Bakıda KOB gömrük anbarı yaradılıb

İdxal sahəsində KOB subyektlərinin işini daha da asanlaşdırmaq məqsədilə “Bakı KOB evi”ndə “KOB gömrük anbarı” yaradılıb. “KOB gömrük anbarı” KOB-ların mallarının operativ şəkildə rəsmiləşdirilməsi, bu sahədə fəaliyyətin sürətləndirilməsi və daha da asanlaşdırılması məqsədilə Dövlət Gömrük Komitəsi (DGK) və  Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə təşəbbüsü ilə yaradılıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov ilə yaradılan KOB Gömrük Anbarının fəaliyyəti ilə tanış olublar. Sonra bir qrup sahibkarla görüş təşkil edilib.

Görüşdə Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının rəhbər heyəti və üzvləri iştirak edib. Görüş zamanı sahibkar gömrük münasibətlərinin daha da yaxşılaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb eyni zamanda gömrük təmsilçiliyi institutunun formalaşdırılmasının önəmi qeyd edilib.