Nəqliyyat idarəçiliyi sahəsində innovativ rəqəmsal həllər təqdim edən “Avtomend” MMC Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasına üzvlük üçün müraciət edib.
Şirkətdən bildirilib ki, “Avtomend” platforması avtopark idarəçiliyini daha səmərəli, şəffaf və idarəolunan etmək məqsədi ilə hazırlanıb. Platforma vasitəsilə nəqliyyat vasitələrinin texniki vəziyyəti, yanacaq sərfiyyatı, sürücülərin iş rejimi və təmir prosesləri asanlıqla izlənilir və idarə olunur.
Məlumatda vurğulanıb ki, şirkətin Assosiasiyaya üzvlük müraciəti əməkdaşlıq imkanlarını genişləndirəcək və sektorda peşəkar rəqəmsal idarəetmənin tətbiqinə töhfə verəcək.
#AGTL #gömrük #logistics #customs