AGTL ölkənin idxal-ixrac sektorundakı şirkətlərlə nəqliyyat-logistika sahəsində əməkdaşlıq imkanlarını genişləndirir
Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) ölkənin idxal-ixrac sektorunda fəaliyyət göstərən aparıcı şirkətlərin rəhbər şəxsləri ilə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində görüşlərini davam etdirir.
22 sentyabr 2026-cı il tarixində növbəti görüş “Zeytun Pharmaceuticals” MMC-nin Anbarların İdarəedilməsi Departamentinin rəhbəri Rövşən Talıbov ilə keçirilib.
Görüş zamanı şirkətin anbar və logistika prosesləri, təchizat zəncirinin idarə olunması, gömrük və logistika proseslərində qarşılaşılan məsələlər, həmçinin müasir logistika həllərinin tətbiqi imkanları müzakirə olunub.
Görüşdə AGTL-in fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihə və təşəbbüslər, eləcə də assosiasiyaya üzvlüyün yaratdığı imkanlar barədə məlumat verilib.
Görüşün sonunda “Zeytun Pharmaceuticals” MMC-nin Anbarların İdarəedilməsi Departamentinin rəhbəri Rövşən Talıbova üzvlük sertifikatı təqdim olunub.
#AGTL #gömrük #customs #logistics

