AGTL və Tacikistan Respublikasının İqtisadi İnkişaf və Ticarət Nazirliyinin rəsmiləri arasında görüş keçirilib

19.09.2024-cü il tarixində Bakı KOB Evində Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası ilə Tacikistan Respublikasının İqtisadi İnkişaf və Ticarət Nazirliyinin həmçinin İxrac Agentliyinin rəsmiləri arasında korporativ görüş keçirilib.

İlk olaraq xarici qonaqlarla ümumi infotur keçirilib və rəsmilərə Bakı KOB Evinin, Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının və KOB Gömrük Postunun fəaliyyəti haqqında məlumat verilib. Sonra isə ölkə ərazisində gömrük və logistika sektorunun inkişafı, qarşıya qoyulan hədəflər və iki dövlət arasında gömrük və logistika sektoru üzrə qarşılıqlı əməkdaşlıq haqqında müzakirələr aparılıb.

#AGTL #BakıKobEvi