"Azkommers Brokers" MMC şirkətinə assosiativ üzvlük sertifikatı təqdim olundu

"Azkommers Brokers" MMC şirkətinə assosiativ üzvlük sertifikatı təqdim olundu

"Azkommers Brokers" MMC şirkətinə assosiativ üzvlük sertifikatı təqdim olundu

"Azkommers Brokers" MMC şirkəti Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının assosiativ üzvlüyünə qəbul edilib.

“Azkommers Brokers” MMC, ilk olaraq 2016-cı ildə “Azkommers” MMC adı ilə fəaliyyətə başlamış, daha sonra 2019-cu ildə rebrendinq edərək “Azkommers Brokers” MMC adı ilə fəaliyyətini davam etdirir. Şirkətin kollektivi, gömrük sahəsində 20 illik təcrübəsi olan peşakar kadrlar, istənilən gömrük orqanlarında yüksək səviyyəli xidməti sayəsində, kiçik və orta biznes subyektləri üçün deyil, eyni zamanda iri biznes subyektləri üçündə xidmət göstərir. 
Şirkət müştərilərinin iqtisadi faydasını maksimum səviyyədə saxlamaq üçün həm yerli, həm də beynəlxalq səviyyədə güclü və fəal əməkdaşlıq nəticəsində müştərilər üçün təhlükəsiz və sürətli ticarət əməliyyatlarının həyata keçirilməsinə kömək edir. Gömrük təmsilçiliyi, muhasibat uçotu, vergi xidməti, qiymətləndirmə və audit xidmətləri ilə müştərilərimizin tam rahatlığı üçün dəstək göstəririk.   Ayrıca, yeni gömrük qaydaları, dövlət tənzimləmələri və beynəlxalq ticarət tənzimləmələri kimi dəyişikliklərdən dərhal xəbərdar edərək müştərilərinin uyğun tədbirləri vaxtında almağını təmin edirlər.