"AZFM Broker" MMC şirkəti Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının assosiativ üzvlüyünə qəbul edilib.
2024-cü ildə fəaliyyətə başlayan “AZFM BROKER” MMC, yeni və dinamik bir şirkət olsa da, qısa müddət ərzində etibarlılığını, çevikliyini və yüksək xidmət standartlarını artıq nümayiş etdirib. Şirkətin əsas məqsədi, hər bir müştəriyə xüsusi yanaşma ilə, onların Gömrük Broker xidmətlərini ən uyğun və sərfəli həlləri təqdim etməkdir. Müştərilərin güvəni, hər bir yüklərinin vaxtında bəyan olunub, təhlükəsiz şəkildə təyinat yerinə çatdırılması üçün hər zaman üzərilərinə düşən məsuliyyəti ən yüksək səviyyədə yerinə yetirirlər. Sürət və çevikliyə çox böyük önəm verilir.
“ AZFM BROKER"MMC təkcə bugünkü müştəri tələblərinə cavab verməklə kifayətlənmir. Şirkətin əməkdaşları gələcəkdəki ehtiyacları da nəzərə alaraq brokerlik sahəsində yenilikçi həllər təqdim etməyi hədəfləyirlər.