4 sentyabr 2026-cı il tarixində Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) ilə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qiymətqoyma Mərkəzinin rəhbərliyi arasında görüş keçirilib.
Görüşdə tikinti və digər dövlət layihələri çərçivəsində ölkədaxili yükdaşımaların qiymətləndirilməsi, logistika xidmətləri üzrə tariflərin və qiymət yanaşmalarının təkmilləşdirilməsi məsələləri müzakirə olunub.
Müzakirələr zamanı logistika sektorunun real bazar göstəricilərinin nəzərə alınması, qiymətləndirmə proseslərində şəffaflığın və obyektivliyin artırılması, eləcə də AGTL üzvü olan logistika şirkətlərinin dövlət satınalmalarında qanunvericiliyin müəyyən etdiyi prinsiplər əsasında bərabər və rəqabətli iştirak imkanlarının genişləndirilməsi məsələləri diqqətə çatdırılıb.
Qiymətqoyma Mərkəzinin rəhbərliyi tərəfindən AGTL-nin sektorun peşəkar iştirakçılarını təmsil edən platforma kimi rolu qeyd olunub.
Görüşün yekununda aidiyyəti məsələlər üzrə qarşılıqlı məlumat mübadiləsinin davam etdirilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi razılaşdırılıb.
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)

