Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının (AGTL) üzvləri sırasına Strongvey Logistics MMC də daxil olub.
Strongvey Logistics MMC-nin AGTL-yə qoşulması gömrük və logistika sektorunda fəaliyyət göstərən şirkətlər arasında işgüzar münasibətlərin inkişaf etdirilməsi, peşəkar təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi, həmçinin sektorda mövcud məsələlərin birgə müzakirəsi baxımından əhəmiyyətli addımdır.
AGTL çərçivəsində yeni üzvlə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, şirkətin sahə üzrə təşəbbüslərdə və Assosiasiyanın həyata keçirdiyi layihə və tədbirlərdə iştirakının təmin olunması nəzərdə tutulur.
Strongvey Logistics MMC-ni AGTL-yə üzvlüyü münasibətilə təbrik edir, şirkətə gələcək fəaliyyətində uğurlar və uğurlu əməkdaşlıqlar arzulayırıq.

#AGTL #gömrük #customs #logistics

