Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) ölkənin idxal-ixrac sektorunda fəaliyyət göstərən aparıcı şirkətlərin nəqliyyat-logistika üzrə rəhbər şəxsləri ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir.
Bu çərçivədə növbəti görüş “MARS OVERSEAS MMC”-nin əməliyyat direktoru Zaur Həsənovla keçirilib. Görüşdə “MARS OVERSEAS” şirkətinin timsalında retail şəbəkələrinin nəqliyyat-logistika fəaliyyətinin təşkili, daşımaların səmərəli planlaşdırılması və bu sahədə qarşıya çıxan aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin retail sektorunda fəaliyyət göstərən şirkətlərin gömrük və logistika proseslərində qarşılaşdığı məsələlər, bu proseslərin optimallaşdırılması imkanları, sektor iştirakçıları arasında təcrübə mübadiləsinin gücləndirilməsi və müasir logistika yanaşmalarının tətbiqi perspektivləri müzakirə olunub.
Görüş zamanı AGTL-in fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr və təşəbbüslər, assosiasiyaya üzvlüyün yaratdığı imkanlar barədə məlumat verilib, nəqliyyat-logistika və gömrük sahəsində fəaliyyət göstərən biznes subyektləri arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüşün əsas istiqamətlərindən biri idxal-ixrac sektorunda nəqliyyat-logistika sahəsində formalaşmış təcrübəsinin və mövcud ehtiyaclarının ümumiləşdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin təşviqi və sektorun inkişafına töhfə verə biləcək əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi olub.
Sonda "MARS OVERSEAS" MMC-nin əməliyyat direktoru Zaur Həsənova üzvlük sertifikatı təqdim edilib.
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
#AGTL #gömrük #customs #logistics

