Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) idxal və ixrac sahəsində fəaliyyət göstərən şirkətlərin Assosiasiyaya üzvlük müraciətlərinin qəbulunu davam etdirir.
Bu istiqamətdə 2 sentyabr 2026-cı il tarixində süd məhsulları istehsalçısı Vita Milk MMC ilə görüş keçirilib. Görüşdə şirkətin xarici iqtisadi fəaliyyətinin əsas istiqamətləri, idxal-ixrac əməliyyatları, təchizat zəncirinin təşkili, gömrük və logistika prosesləri, eləcə də AGTL üzvlüyü çərçivəsində əməkdaşlıq imkanları müzakirə olunub.
Tərəflər qarşılıqlı məlumat və təcrübə mübadiləsinin genişləndirilməsi, biznes subyektlərinin xarici iqtisadi fəaliyyətinin səmərəliliyinin artırılması və bu istiqamətdə birgə təşəbbüslərin həyata keçirilməsi imkanlarını nəzərdən keçiriblər.




