AGTL rəhbərliyi və üzvləri Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatçılığı ilə baş tutan beynəlxalq elmi simpoziumda iştirak edib

May ayının 22-də AGTL rəhbərliyi və üzvləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) təşkilatçılığı ilə keçirilən "Biznesin Dayanıqlı Artımı və İnkişafı" (SBGD 2026) mövzusunda beynəlxalq elmi simpoziumda iştirak edib.

30 ölkədən 144 yerli və xarici tədqiqatçını bir araya gətirən simpoziumda yaşıl maliyyə, ESG prinsipləri, süni intellekt, rəqəmsallaşma, dayanıqlı logistika və innovativ biznes modelləri kimi müasir iqtisadiyyatın prioritet istiqamətləri müzakirə olunub.

Tədbirdə universitet–biznes–dövlət əməkdaşlığının gücləndirilməsinin, rəqəmsal transformasiya və dayanıqlı inkişaf yanaşmalarının gələcək iqtisadi inkişaf üçün strateji əhəmiyyət daşıdığı xüsusi vurğulanıb.

AGTL bu cür yüksək səviyyəli akademik platformalarda iştirakı biznes dünyası ilə elm arasındakı əlaqənin möhkəmləndirilməsi baxımından dəyərli hesab edir.