Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası ilə “Qaya Neqliyyat” MMC arasında üzvlük müraciəti çərçivəsində görüş keçirilib.
Görüş zamanı logistika və yükdaşıma sahəsində əməkdaşlıq imkanları, sektorun inkişaf perspektivləri və assosiasiya çərçivəsində birgə fəaliyyət məsələləri müzakirə olunub.
Bildirilib ki, 2012-ci ildə fəaliyyətə cəmi 3 yük avtomobili ilə başlayan “Qaya Neqliyyat” MMC hazırda ölkədaxili və beynəlxalq yükdaşımalar sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biridir. Şirkətin 2 geniş avtoparkı, təcrübəli servis xidməti və GPS ilə təchiz olunmuş nəqliyyat vasitələri daşımaların operativ və təhlükəsiz şəkildə həyata keçirilməsinə imkan yaradır.
Görüşdə assosiasiya ilə gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


#AGTL #gömrük #logistics #customs

