AGTL və Azərbaycan Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

AGTL və Azərbaycan Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

AGTL və Azərbaycan Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

May ayının 18-də Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandum UNEC-in Tədris üzrə prorektoru, dosent Gəray Musayev və AGTL-in sədri Vüsal Qasımov tərəfindən imzalanaraq hər iki qurum arasında rəsmi əməkdaşlığa hüquqi əsas yaradıb.

Memoranduma əsasən, UNEC tələbələrinin istehsalat təcrübəsinə cəlb edilməsi, məzunların məşğulluq imkanlarının artırılması, birgə seminar və təlimlərin təşkili, həmçinin AGTL Təlim Mərkəzi ilə universitet arasında əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.

AGTL bu memorandumu akademik mühitlə biznes dünyası arasında əlaqənin möhkəmləndirilməsi və sektorda peşəkar kadr potensialının inkişafına mühüm töhfə kimi dəyərləndirir.