AGTL "Şəhərlərdən Sərhədsiz Ticarətə: İxrac və Logistika Forumu"-da iştirak edib

AGTL "Şəhərlərdən Sərhədsiz Ticarətə: İxrac və Logistika Forumu"-da iştirak edib

AGTL "Şəhərlərdən Sərhədsiz Ticarətə: İxrac və Logistika Forumu"-da iştirak edib

Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) Bakıda keçirilən "Şəhərlərdən Sərhədsiz Ticarətə: İxrac və Logistika Forumu"-da iştirak edib

May ayının 13-də Bakı Biznes Mərkəzində baş tutan "Şəhərlərdən Sərhədsiz Ticarətə: İxrac və Logistika Forumu"-da AGTL rəhbərliyi və üzv şirkətləri iştirak edib. Tədbirdə həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA , İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi , habelə BMT-nin UN-Habitat Azərbaycan Ofisinin kimi qurumların rəsmiləri çıxış ediblər.

Forum çərçivəsində AGTL-in Qadın Sahibkarlarla İş üzrə Alt Komitə rəhbərinin moderatorluğu ilə keçirilən panel müzakirədə nəqliyyat dəhlizlərinin effektivliyi, gömrük prosedurlarının təkmilləşdirilməsi, rəqəmsal həllərin tətbiqi və beynəlxalq ticarət əlaqələrinin genişləndirilməsi məsələləri ətraflı nəzərdən keçirilib.

Forum ixrac və logistika sahəsində əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi və Azərbaycanın regional ticarət mərkəzi kimi mövqeyinin gücləndirilməsinə töhfə verən mühüm platforma kimi dəyərləndirilir.