Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının sədr müavini "EasTnT layihəsi"-nin illik toplantısında iştirak edib
Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının (AGTL) sədr müavini Xəndan Xəndan Almaniya Federativ İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) təşəbbüsü ilə həyata keçirilən “Nəqliyyat və Ticarət üçün Şərq Tərəfdaşlığı” (EasTnT) regional layihəsinin illik koordinasiya hesabat tədbirində iştirak edib.
GİZ tərəfindən icra olunan layihə Şərq Tərəfdaşlığı ölkələrində nəqliyyat və ticarət sahəsində Avropa İttifaqının rəqəmsal təcrübələrinin tətbiqini dəstəkləyir. Toplantıda 2025-ci ildə görülən işlər və növbəti il üçün planlaşdırılan fəaliyyət istiqamətləri təqdim olunub.
Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının sədr müavini öz çıxışında Assosiasiyanın rəqəmsal gömrük və ticarətin asanlaşdırılması sahəsində əməkdaşlığa önəm verdiyini vurğulayıb.

