30 sentyabr 2025-ci il tarixində Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası ilə "İcbari Sığorta Bürosu" Hüquqi Şəxslərin İttifaqı arasında əməkdaşlıq razılaşması imzalanıb.
Razılaşmanın əsas məqsədi gömrük keçid məntəqələrində xarici daşıyıcıların sığorta alma prosesinin qarşılıqlı əməkdaşlıq əsasında daha da təkmilləşdirilməsidir – sərhəd sığorta müqavilələrinin www.tpl.az platforması vasitəsilə sürətli və rahat rəsmiləşdirilməsini təşviq etmək, sürücülərin məlumatlılığını artırmaq, vaxtına qənaət etmək və sərhəd-keçid məntəqələrində yaranan sıxlığın qarşısını almaqdır.
Xaricdə qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinin sahibləri artıq sərhəd sığorta müqaviləsini ölkəyə daxil olmadan əvvəl www.tpl.az üzərindən onlayn əldə edə bilərlər.